15:50 - 16.02.2024
16 fevral, Fineko/abc.az. 17 milyard avro həcmində investisiya ilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin tətbiqinin sürətləndirilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, təşəbbüs ümumi gücü 10 GVT olan dörd buxar qaz qurğusunun inşasını və istismarını dəstəkləmək məqsədi daşıyır.
Hidrogen karbon neytrallığına nail olmaq və ətraf mühitin çirklənməsinin təsirlərini minimuma endirmək üçün əsas element hesab edilir. Elektrik stansiyası sahiblərinə subsidiyalar verməklə Almaniya yeni avadanlıq və texnologiyaların inkişafını stimullaşdırmağa, enerji təhlükəsizliyini artırmağa və uzun müddətdə istixana qazı tullantılarını azaltmağa çalışır.
Almaniya hökumətinin planlarına uyğun olaraq, yeni və mövcud olan bütün qaz turbinli elektrik stansiyaları 2035-2040-ci illər ərzində 100% hidrogenlə işə keçirilməlidir.