Neft sabitdir, Brent barel başına $82,78 təşkil edir

09:43 - 16.02.2024


16 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri bir gün əvvəl artdıqdan sonra cümə günü ticarətdə cüzi dəyişir.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:37 – dək $0,08 (0,10%) azalaraq bir barel üçün $82,78-a düşüb. 15 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,26 (1,54%) artaraq bir barel üçün $82,86-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:37–ə $0,05 (0,06%) artaraq bir barel üçün $76,08-a çatdı. Fevralın 15 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,39 (1,81%) artaraq bir barel üçün $78,03-a çatıb.