14:10 - 15.02.2024
15 fevral, Fineko/abc.az. Azərbaycanda əsasən avtomobil üçün istifadə edilən yanacaqların həcmi yanvarda azalma nümayiş etdirib.
ABC.AZ Dövlət Statistika Komtiəsinə istinadən xəbər verir ki, ölkə ərazisində 2024-cü ilin yanvarında 115.8 min tonluq benzin, 179.2 min tonluq dizel və 16.4 min tonluq maye qaz istehsal edilib.
Bu da müvafiq olaraq illik 0.1 faiz , 7.4 faiz və 26.5 faiz azalmadır.
Qeyd edək ki, Azərbaycanda qeyd edilən neft məhsullarını Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu istehsal edir.