Neft ucuzlaşır, Brent bir barel üçün $81,28 təşkil edir

09:38 - 15.02.2024


15 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, ABŞ-da xammal ehtiyatlarının artması ilə bağlı ötən gün azaldıqdan sonra cümə axşamı hərracda enməyə davam edir.

Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin qiyməti saat 09:33-də $0,32 (0,39%) azalaraq bir barel üçün $81,28-a düşüb. 14 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,17 (1,41%) - bir barel üçün $81,60-a qədər ucuzlaşdı.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:33-də $0,33 (0,43%) azalaraq bir barel üçün $76,31-a düşüb. Fevralın 14 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,23 (1,58%) azalaraq bir barel üçün $76,64-a düşüb.

ABŞ - ın kommersiya neft ehtiyatları ötən həftə 12,02 milyon barel artıb, benzin ehtiyatları 3,66 milyon barel, distillatlar isə 1,92 milyon barel azalıb.