15:35 - 14.02.2024
14 fevral, Fineko/abc.az. Britaniyanın enerji şirkəti BP və Abu Dabinin “ADNOC” neft və qaz şirkəti birgə müəssisənin (BM) yaradılması barədə razılığa gəliblər. İlk olaraq BP - nin 51%-ə, ADNOC-un isə 49%-ə sahib olacağı birgə müəssisə, Misirdə qaz aktivlərinin inkişafına diqqət yetirəcəkdir.
ABC.AZ xəbər verir ki, müqavilənin bir hissəsi olaraq, BP, birgə müəssisəyə üç inkişaf konsessiyasındakı paylarını və Misirdəki kəşfiyyat müqavilələrini ötürəcək, “ADNOC” isə gələcək böyümə imkanları üçün istifadə edilə biləcək uyğun vəsait yatıracaq.
Birgə müəssisənin yaradılması bu ilin ikinci yarısında lazımi təsdiq və icazələrin alınması ilə başa çatdırılması planlaşdırılır.
25 Avqust 2026