16:29 - 13.02.2024
13 fevral, Fineko/abc.az. “BP Azerbaijan”da yeni təyinat baş tutub.
ABC.AZ-ın banker-ə istinadən məlumatına əsasən, Anar Mansurov SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) və karbon emissiyaları üzrə regional meneceri vəzifəsinə təyin edilib.
Mansurov artıq 20 ildir ki, “BP”də çalışır. Belə ki, 2004-cü ilin avqustundan transmilli şirkətdə çalışır. 2022-ci ilin dekabrından regional prezidentin müşaviridir.
1999-2005- A.Mansurov Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ANDSU) iqtisadi mühəndis və idarəetmə üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib.
2008-2009 – Mançester Universiteti (Böyük Britaniya) və Mərkəzi Avropa Universiteti tərəfindən akkreditə olunmuş intensiv 1 illik fənlərarası magistr proqramını tamamlayıb.