Azərbaycanda ən çox saqqız bahalaşıb - Qiyməti 23,9 faiz artıb

17:29 - 12.02.2024


  12 fevral, Fineko/abc.az.  2023-dü ildə Azərbaycanda qiyməti ən çox bahalaşan malların adları məlum olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, birinci yerdə qiyməti ən çox artım baş verən məhsul saqqız olub. Bu məshulun qiyməti son bir ildə 23,9% bahalaşıb.

Mal ciyərinin 1 kiloqramı isə son bir il ərzində 12,6%  artıb.

Mal ətindən farş məhsulunun kiloqramının qiyməti isə son bir ildə 9,6% yüksəlib.

Bahlaşan mallar sırasında balıq konservi, mineral sular, yumru düyü, sümüklü mal əti kimi ərzaqlar da daxildir.