14:36 - 12.02.2024
12 fevral, Fineko/abc.az. Alman treyderi VNG Handel & Vertrieb (Almaniyanın ENBW iri enerji konserninə daxildir), Əlcəzairin “Sonatrach” şirkəti ilə boru kəməri qaz tədarükünü haqıında müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, beləliklə, Almaniya tarixdə ilk dəfə Əlcəzairdən boru ilə qaz ala biləcək.
Müqavilənin müddəti, qazın qiyməti və nəqlin detalları barədə məlumat verilmir.
Əlcəzair Avropaya təxminən 50 milyard kubmetr qaz ixrac edir. Bu, ölkənin istehsalının demək olar ki, yarısıdır. Ölkə Avropa qitəsinə "Məğrib — Avropa" və TransMed qaz kəmərləri ilə bağlıdır.