14:27 - 9.02.2024
9 fevral, Fineko/abc.az. Yanvarda Qazaxıstan Aktau dəniz limanından Bakı limanına neft nəqlinin həcmini 60 min ton artıraraq 116 min tona çatdırıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumatda bildirilir.
Bildirilib ki, yanvarda Qazaxıstan neftinin Aktau limanından ixrac məqsədilə daşınmasının ümumi həcmi 287 min ton təşkil edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 76 min ton çoxdur. Bu artımın əsas hissəsi Azərbaycana göndərişlər hesabına olub.
Məlumatda qeyd edilib ki, Aktau limanından Mahaçqala limanına 171 min ton Qazaxıstan nefti göndərilib və bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə 17 min ton çoxdur.