Bu il AÇG-də 18 yeni quyu qazılacaq

10:52 - 9.02.2024


9 fevral, Fineko/abc.az. Cari ildə Xəzərin Azərbaycan sektorunda yerləşən Azəri-Çiraq-Günəşli neft-qaz yataqları blokunda (AÇG) 18 quyunun qazılması planlaşdırılır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Caspian Drilling konfransında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Kim O’Leary bildirib.

Onun sözlərinə görə, bu il AÇG-də qazılacaq quyuların 12-i hasilat quyularının payına düşəcək.

BP nümayəndəsi onu da əlavə edib ki, ötən il AÇG-də 17 quyu qazılıb, bunun da 9-u hasilat quyusu olub. Digər qazılan quyular injektor və axtarış quyuları olub.