14:58 - 6.02.2024
6 fevral, Fineko/abc.az. Azərbaycan keçən il ərzində 59.06 min ton həcmində sürtkü yağı istehsal edilib.
ABC.AZ banker-ə istinadən xəbər verir ki, bu da illik müqayisədə 14.42 min ton və ya 32 faiz artıb.
2022-ci ildə 44.64 min ton sürtkü yağı istehsal edilmişdi. Dövlət Statistika Komitəsi məlumatına əsasən, Azərbaycan cari ildə xaricə 41.34 min ton həcmində xaricə sürtkü yağı ixrac edib. Bunun müqabilində ölkəyə $46.75 mln. valyuta daxil olub.