11:37 - 5.02.2024
5 fevral, Fineko/abc.az. İtaliyanın Baş naziri Corciya Meloni Siciliyadakı heliopanel zavodunun əlavə investisiyalarını elan edib.
ABC.AZ xəbər verir ki, Kataniya şəhərindəki 3Sun layihəsi Avropada heliopanel istehsalı üzrə iri bir mərkəz olmalıdır.
3Sun zavodunun gücü hazırda ildə 200 MVt-a bərabərdir.
Meloninin fikrincə, səylər Çin tərəfindən Bərpa Olunan Enerji Mənbələri komponentləri bazarında rəqabətə qarşı çıxmağa yönəlib.