Neft bahalaşır, Brent bir barel üçün $77,68 təşkil edir

09:12 - 5.02.2024


5 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda düşdükdən sonra bazar ertəsi keçirilən hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:10-da $0,35 (0,45%) artaraq bir barel üçün $77,68-a çatıb. 2 fevral ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,37 (1,74%) - bir barel üçün $77,33-a qədər ucuzlaşıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:10-da $0,25 (0,35%) artaraq bir barel üçün $72,53-a çatıb. Fevralın 2-də keçirilən hərracların nəticələrinə görə, mart ayının neft fyuçerslərinin qiyməti $1,54 (2,09%) azalaraq bir barel üçün $72,28-a düşüb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 6,78%, WTI nefti isə 7,35% ucuzlaşıb.