Avstriyanın “OMV” şirkəti, Rusiya aktivinin satışını ekspropriasiya adlandırıb

10:56 - 2.02.2024


2 fevral, Fineko/abc.az. Rusiya əleyhinə sanksiyaları, o cümlədən Rusiya aktivlərinin dondurulmasını dəstəkləyən Avstriyanın “OMV” neft-qaz şirkəti Rusiya Federasiyasının cavab tədbirləri ilə razılaşmayıb.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin sonunda Putin, “Qazprom” ilə ortaq müəssisələrdə Almaniyanın “Wintershall” və Avstriyanın “OMV” şirkətlərinin paylarının yeni rusiyalı sahiblərinə satılacağı Fərmanları imzalamışdı.

"Bu Fərman birtərəfli və geri dönməz ekspropriasiyaya bərabərdir... “OMV” mövcud faktları və sonrakı hadisələri araşdırır və hüquqlarını qorumaq üçün addımları nəzərdən keçirir" — Avstriya şirkətindən bildiriblər.

Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının başlanğıcından etibarən Avstriya sanksiyalar çərçivəsində Rusiya Federasiyasının təxminən 2 milyard avro həcmində maliyyə aktivlərini dondurub.