16:54 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Belarus fevralın 1-dən neft və neft məhsullarına bütün ixrac rüsumlarını sıfırlayıb.
ABC.AZ xəbər verir ki, sənəd rəsmi olaraq milli hüquqi internet portalında dərc edilmişdir.
Sənədə əsasən, xam neft, mazut, neft bitumu, vazelin və parafin, işlənmiş neft məhsulları, birbaşa benzin, əmtəə benzinləri, dizel yanacağı, yüngül, orta distillatlar, benzol, toluol, ksilollar, sürtkü yağları, mayeləşdirilmiş karbohidrogen qazları, etan, butan, izobutan və s. məhsullara ixrac rüsumlarının dərəcələri 1 ton üçün 0 dollar təşkil edəcək.