14:14 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Səudiyyə Ərəbistanı fevral ayında “Saudi Aramco” neft şirkətinin səhmlərinin yenidən yerləşdirilməsi planına qayıda bilər.
ABC.AZ xəbər verir ki, ölkə hakimiyyəti şirkətin səhmlərinin Ər-Riyad birjasında satılması hesabına ən azı 40 milyard Səudiyyə riyalını (10 milyard dollar) cəlb etməyi gözləyərək bir qrup məsləhətçi ilə işləyir.
Hələlik yerləşdirilmə vaxtı ilə bağlı yekun qərar qəbul edilməyib, Səudiyyə hakimiyyəti bu prosesi yenidən təxirə sala bilər.
Səudiyyə Ərəbistanı “Aramco IPO”nu 2019-cu ildə keçirib və 30 milyard dollar dəyərində səhm yerləşdirib.