11:31 - 1.02.2024
1 fevral, Fineko/abc.az. ABŞ prezidenti Co Baydenin yeni LNG ixrac müqavilələrinin təsdiqini dayandırmaq qərarı Amerika iqtisadiyyatına, iş yerlərinə və milli təhlükəsizliyə birtərəfli zərbə vurur.
ABC.AZ xəbər verir ki, bu barədə Texas neft tənzimləyicisi bildirib.
Texas təbii qaz istehsalına görə ABŞ-da liderdir və ölkənin Energetika Nazirliyinin məlumatına görə, bütün digər ştatlar arasında birinci yerdədir.
Tənzimləyicinin sözlərinə görə, Bayden öz hərəkətləri ilə Amerika enerji sənayesinə böyük zərbə vurur və bununla da Vaşinqtonun müttəfiqi olmayan ölkələrə fayda gətirəcək.