09:21 - 1.02.2024
1 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün azaldıqdan sonra cümə axşamı hərracda yüksəlir.
Londonun ICE Futures birjasında Brent markalı aprel neft fyuçerslərinin qiyməti saat 09:19 – da $0,29 (0,36%) artaraq bir barel üçün $80,84-a çatıb. 31 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $1,95 (2,36%) - bir barel üçün $80,55-a qədər ucuzlaşdı.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:19-da $0,31 (0,41%) artaraq bir barel üçün $76,16-a çatdı. 31 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,97 (2,53%) – bir barelə $75,85-a düşdü.
2024 – cü ilin ilk ayında Brent nefti 6,06%, WTI nefti isə 5,86% bahalaşıb.