Neft ucuzlaşır, Brent barel başına $82,19 təşkil edir

09:23 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda neftin etalon markalarının qiyməti aşağı düşür.

Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti saat 09:19 – a $0,31 (0,38%) azalaraq bir barel üçün $82,19-a düşüb. 30 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin aprel fyuçersləri $0,67 (0,82%) artaraq bir barel üçün $82,50-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:19 – a $0,28 (0,36%) azalaraq bir barel üçün $77,54-a düşüb. 30 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,04 (1,35%) artaraq bir barel üçün $77,82-a çatdı.