“LUKoil” aşağı karbonlu yanacaq istehsalı texnologiyaları üzərində işləyir

10:17 - 24.01.2024


24 yanvar, Fineko/abc.az. “LUKoil” neft şirkəti Rusiyada mikro yosunlar vasitəsilə karbon qazından istifadə və yosunlardan bioyanacaq istehsalı üçün texnologiyaların inkişafı üzərində işləyir.

ABC.AZ xəbər verir ki, “LUKoil” az karbonlu yanacaq istehsalının miqyasını nəzərdən keçirir.

Hazırda şirkət təcrübələr aparır və texnoloji tərəfdaşlarla birlikdə karbonlaşma laboratoriyasında karbon dioksidinin hopulması üçün bir poliqon yaratmaq imkanlarını araşdırır.

Layihə elmi-tədqiqat işləri mərhələsindədir.