09:30 - 24.01.2024
24 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti dünənki enişdən sonra çərşənbə günü ticarətdə enməyə davam edir.
London ICE Futures birjasında Brent markalı mart neft fyuçerslərinin qiyməti saat 09:26–a qədər $0,11 (0,14%) azalaraq bir barel üçün $79,44-a düşüb. 23 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $0,51 (0,64%) - bir barel üçün $79,55-a qədər ucuzlaşıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:26-a $0,11 (0,15%) azalaraq bir barel üçün $74,26-a düşüb. 23 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart ayının fyuçerslərinin qiyməti $0,39 (0,52%) – bir barel üçün $74,37-a düşüb.