09:49 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti, ötən günkü kəskin sıçrayışdan sonra çərşənbə axşamı keçirilən ticarətdə cüzi yüksəlir.
London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:47 – ə qədər $0,09 (0,11%) artaraq bir barel üçün $80,15-a çatıb. 22 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $1,50 (1,91%) artaraq bir barel üçün $80,06-a çatıb.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti saat 09:47 – ə qədər $0,10 (0,13%) artaraq bir barel üçün $74,86-a çatıb. 22 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $1,51 (2,06%) artaraq bir barel üçün $74,76-a yüksəldi.