Gürcüstan Azərbaycandan neft idxalını artırıb, ya azaldıb?

16:35 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. 2023-cü ildə Gürcüstan Azərbaycandan 95,444 milyon ABŞ dolları dəyərində 112 388,42 ton neft idxal edib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycandan idxal edilən neftin dəyəri illik müqayisədə 44,006 milyon dollar və ya 85,55%, həcmi isə 53 115,37 ton və ya 89,6% artıb. 2022-ci ildə Gürcüstan Azərbaycandan 51,437 milyon dollar dəyərində 59 273,05 ton neft idxal edib.

Gürcüstan isə 2023-cü ildə Azərbaycana 15,866 milyon ABŞ dolları dəyərində 12 425,46 ton neft ixrac edib. Ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi neftin dəyəri illik müqayisədə 1,971 milyon dollar və ya 11% azalıb, həcmi isə 650, 89 ton və ya 5,52% artıb. 2022-ci ildə Gürcüstan Azərbaycana 17,837 milyon dollar dəyərində 11 774,57 ton neft ixrac edib.