Liviyanın “NOC” şirkəti El Sharara yatağında neft hasilatını bərpa edir

14:27 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Liviyanın Milli Neft Korporasiyası (National Oil Corporation, NOC) iri El Sharara yatağında (Sharara) fors-major hallarının dayandırıldığını elan edib.

ABC.AZ xəbər verir ki, neft hasilatının bərpası yerli sakinlərin yatağı tərk etmək razılığı sayəsində mümkün oldu.

Bu ilin əvvəlində yerli qəbilələrin nümayəndələrinin etiraz hərəkətləri El Sharara yatağında hasilatın tam dayandırılmasına səbəb olmuşdu.