Neft ucuzlaşır, Brent bir barel üçün $78,22 təşkil edir

09:12 - 22.01.2024


22 yanvar, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərracda neftin etalon markalarının qiyməti aşağı düşür.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti 09:08 – ə qədər $0,34 (0,43%) azalaraq bir barel üçün $78,22-a düşüb. 19 yanvar ticarətinin nəticələrinə görə, Brent markalı neftin mart fyuçersləri $0,54 (0,68%) - bir barel üçün $78,56-a qədər ucuzlaşdı.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin qiyməti 09:08 – ə qədər $0,30 (0,41%) azalaraq bir barel üçün $72,95-a düşüb. 19 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,70 (0,95%) azalaraq bir barel üçün $73,25-a düşdü.

Ötən həftə Brent markalı neft 0,34%, WTI neft isə 0,63% bahalaşıb.