15:53 - 18.01.2024
18 yanvar, Fineko/abc.az. “Sinopec” və “BP”, elektromobil qidalanması kimi aşağı karbonlu sektorlarda potensial əməkdaşlığı araşdırırlar.
ABC.AZ xəbər verir ki, şirkətlər Çində sürətlə böyüyən elektromobil qidalanması bazarındakı paylarını genişləndirməyə çalışırlar. “BP”, Çin platforması Didi ilə 2019-cu ildə ortaq bir qidalanma müəssisəsi qurmaq üçün müqavilə imzalayıb, “Sinopec” isə, 2025-ci ilə qədər 5000 qidalanma stansiyası qurmağı hədəflədiyini açıqlayıb.
“BP” və “Sinopec”, 2015-ci ildən etibarən Sinqapurda birgə gəmiləri yanacaqla bunkerləşdirmə müəssisəsində ortaqdır.