12:11 - 17.01.2024
17 yanvar, Fineko/abc.az. Bu il Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas boru kəməri marşrutu ilə 1.5 milyon ton neft ixrac etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, bu il Qazaxıstanda neft və qaz kondensatının hasilatı 90.3 milyon ton səviyyəsində olacağı planlaşdırılır. İxrac həcminin 70.8 milyon tona, o cümlədən Xəzər Boru Kəməri Konsorsiumu sistemi vasitəsilə 56.7 milyon tona çatacağı gözlənilir.
Xatırladaq ki, 2023-cü ildə Qazaxıstanın magistral neft kəməri üzrə milli operatoru olan “Kaztransoil” şirkəti Bakı limanı istiqamətində neft tədarükünü 1 milyon 392 min tona çatdırıb. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 5.5 dəfə çoxdur.