11:21 - 16.01.2024
16 yanvar, Fineko/abc.az. Yəmən husilərinin hücumları inflyasiyanın sürətlənməsinə və Avropada enerji dəyərinin artmasına səbəb ola bilər.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni bildirib.
O, vəziyyəti diqqətlə izləməyə çağırıb. Onun sözlərinə görə, hazırda hücumların nəticələri cüzi ola bilər, lakin ABŞ və Böyük Britaniya ilə husilər arasındakı münaqişənin təsiri "önümüzdəki həftələrdə reallaşa bilər".