Dekabrda bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

14:54 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, ölkədə bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunub.

Belə ki, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın,zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun,

fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın qiymətində müşahidə edilib. ABC.AZ-ın məlumatına görə, ucuzlaşma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün,

çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Müəllif: Elmir Murad