14:34 - 12.01.2024
12 yanvar, Fineko/abc.az. Ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur.
ABC.AZ xəbər verir ki, bu barədə “Kaztransoil” şirkətinin yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir ki, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5.5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.
Bundan əlavə, hesabat dövründə Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 984 min ton neft göndərilib.