“Salam Taksi” fəaliyyətini dayandırdı

16:11 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Bakıda fəaliyyət göstərən məşhur taksi şirkəti – “Salam Taksi” (*9933) fəaliyyətini dayandırıb.

ABC.AZ xəbər verir ki, sözügedən şirkət 2024-cü il yanvarın 1-dən bağlanıb.

Bu barədə taksi sürücüləri bildirib. Onların sözlərinə görə, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Lakin bunun nə vaxt baş verəcəyi deyilmir.

Xəbəri dəqiqləşdirmək üçün taksi xidmətinin qısa nömrəsinə – *99 33-ə zəng etsək də, nömrəyə zəng çatmadı. Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb.