“Roskosmos” konteyner yanacaqdoldurma məntəqələri istehsal edəcək

14:34 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. Rusiyanın “Roskosmos" Dövlət Korporasiyasının bir hissəsi olan Ust-Katavsky avtomobil İnşaat Zavodu və “Edan Engineering” şirkəti texnoloji imkanlarını birləşdirərək "RK Technology" birgə müəssisəsi yaratdılar.

ABC.AZ xəbər verir ki, şirkətin əsas məqsədi konteyner yanacaqdoldurma məntəqələrinin, yanacaq paylayıcı sütunlarının və nasos avadanlıqlarının istehsalı və satılmasıdır. Məhsullar Rusiya Federasiyasının yeni əraziləri də daxil olmaqla dost ölkələrin bazarlarına çatdırılacaqdır.