11:56 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. İstilik mövsümünün əvvəlindən Avropanın yeraltı qaz anbarları (YQA) qaz seçimi təxminən 20 milyard kubmetrə çatıb. YQA-da ümumi ehtiyatlar isə 85%-dən aşağı düşüb.
ABC.AZ xəbər verir ki, bu həftə ərzində AB-də şiddətli soyuqlar gözlənilir ki, bu da seçim sürətini artırmalıdır. Yanvar ayında bölgəyə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü əvvəlki ayın göstəricilərinə nisbətən azalıb. Avropada birjada qazın qiyməti 1 min kubmetr üçün 360 dollardan aşağı düşüb. Rusiyanın "Qazprom"u isə "Sudja" qaz ölçmə stansiyası vasitəsilə Ukrayna üzərindən tranzitlə Avropaya 42,4 milyon kubmetr qaz ötürür.
Ukraynadan keçən tranzit xətti "Şimal axını"ndakı dağıntılardan sonra Rusiya Federasiyasının Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarükünün yeganə yolu olaraq qalır.