10:52 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Bu gün Amerika S&P indeksinin fyuçersləri 0,1% azalaraq 4796,5 bənd təşkil edir. Əvvəlki gün ABŞ indeksləri 0,58-2,2% artımla başa çatmışdır.
ABC.AZ xəbər verir ki, Asiyada bazar ertəsi satışından sonra müsbət əhval-ruhiyyə üstünlük təşkil edir. Belə ki, Yaponiyanın Nikkei 225 indeksi 0,98%, 33706,43 bənd, Çinin “Shanghai Composite”i 0,34%, 2897,37 bənd, Hong Kongun “Hang Seng”i – 0,32% artır, 16275,84 bənd, Koreyanın “KOSPİ” 0,01%, 2566,51 bənd azalır.
İnvestorlar, Yaponiyanın paytaxtı Tokioda ümummilli inflyasiyanın aparıcı göstəricisi olan dekabr inflyasiya nisbətlərini qiymətləndirdilər. Tokioda inflyasiya səviyyəsi dekabr ayında 2,4%-ə, əvvəlki aydan 2,6%-ə qədər yavaşlayıb.