17:01 - 8.01.2024
8 yanvar, Fineko/abc.az. 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368.7 km artırılması planlaşdırılıb.
ABC.AZ xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
“2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368.7 km-dək artırılması, habelə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə, şəbəkənin orta sıxlığının isə 1.02km/km²-dən 1.2km/km²-ə çatdırılması planlaşdırılmışdır”, – sənəddə qeyd olunur. 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həlledilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
12 Avqust 2026