“Samsung” dünyada ilk dəfə şəffaf Micro-LED ekranını təqdim etdi

16:42 - 8.01.2024


8 yanvar, Fineko/abc.az. Cənubi Koreyanın “Samsung” şirkəti tərəfindən yaradılan dünyanın ilk şəffaf Micro-LED ekranı təqdim edilib.

ABC.AZ xəbər verir ki, hal-hazırda şəffaf Micro-LED ekranın qiyməti barədə heç bir məlumat yoxdur. Buna baxmayaraq, “Samsung” eyni zamanda fərqli dizaynı olan üç şəffaf Micro-LED ekranı nümayiş etdirdi.

Yayımlanan kontent demək olar ki, havada asılı qalan hologram kimi görünür. Hər üç ekranın qalınlığı təxminən bir santimetrdir, buna görə havada uçan ekranın illüziyası güclənir və Micro-LED panelinin yüksək piksel sıxlığı şəkilləri inanılmaz dərəcədə aydınlaşdırır.