Türkiyədə sutka ərzində Rusiyaya gedən iki tanker geri çəkilib

14:51 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. Egey dənizində Rusiyaya gedən ikinci tanker Türkiyədə yedəklə geri çəkilib.

ABC.AZ xəbər verir ki, İspaniyadan gələn 185 m uzunluğunda Elijah tankerinin Gökçeada adası yaxınlığındakı Dardanel Boğazında təcili mühərrik nasazlığı baş verib.

Panama bayrağı altında hərəkət edən tanker uğurla Bozcaada adasının körpüsünə yan alıb.