Finlandiya Rusiya LNG idxalına qadağa qoyacaq

12:22 - 7.01.2024


7 yanvar, Fineko/abc.az. Finlandiya bu il Rusiya LNG idxalının qadağan edilməsi ilə bağlı qanunvericilik qərarları hazırlayacaq, qadağa 2025-ci ilin əvvəlindən qüvvəyə minəcək.

ABC.AZ xəbər veriri ki, bu barədə Finlandiyanın ətraf mühit və iqlim naziri Kai Mukkyanen məlumat verib.

İdxalı Finlandiya üçün ayda yüz milyonlarla avrodan çox başa gələn boru kəməri qazının tədarükündən fərqli olaraq, LNG idxalı cüzi olaraq ayda bir neçə milyon avro təşkil edir.