11:08 - 7.01.2024
7 yanvar, Fineko/abc.az. Yazda Ukrayna Rusiya qazının Mərkəzi və Qərbi Avropaya tranzitini kəsə bilər.
ABC.AZ xəbər verir ki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti, Milli Enerji Təhlükəsizliyi Fondunun (FNEB) aparıcı analitiki İqor Yuşkov belə hesab edir. O, 2024-cü ildə Avropa İttifaqının (Aİ) mümkün enerji problemlərini açıqlayıb.
Analitik deyib ki, Avropa İttifaqında qazla bağlı vəziyyət qışda temperaturdan asılı olacaq.
"Son on ildə temperatur baxımından qış orta siyuqluqda olarsa, istilik mövsümündə avropalılar yeraltı anbarlardan çox qaz istifadə edəcək və istilik mövsümündən 50 faizdən az ehtiyatlarla çıxacaqlar. Demək ki, 2024-cü ildə 2023-cü ilə nisbətən daha çox qaz almalı olacaqlar və tələb olduqca böyük olacaq", — deyə o əlavə edib.