Ukrayna vasitəsilə Rusiyadan Avropaya qaz tədarükü 42,4 mln kubmetr təşkil edir

14:10 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Rusiyanın “Qazprom” şirkəti dekabrın 28-də Ukrayna üzərindən tranzitlə Avropaya 42,4 milyon kubmetr həcmində qaz ötürüb.

ABC.AZ xəbər verir ki, 26 və 27 dekabr tarixlərində hasilat həcmi 40,5 milyon kubmetr təşkil edib. 

Ukraynadan keçən tranzit xətti “Şimal axını”ndakı dağıntılardan sonra Rusiya Federasiyasının Qərbi və Mərkəzi Avropa ölkələrinə qaz tədarükünün yeganə yolu olaraq qalır.