Asiyada neft 80 dollara təklif edilir

10:34 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Bu gün Amerika S&P indeksinin fyuçersləri 0,12% artaraq 4839,25 bənd təşkil edib. Ötən gün ABŞ indeksləri 0,14-0,3% artımla başa çatmışdı.

ABC.AZ xəbər verir ki, Asiyada müsbət əhval-ruhiyyə üstünlük təşkil edir. Beləliklə, Çinin “Shanghai Composite”i 1.11%, 2.947.01 bəndə, Hong Kongun “Hang Seng”i – 1.51%, 16.876.69 bəndə, Koreyanın “KOSPİ” 0.84% bənd artaraq, 2.635.8 bəndə çatıb.  Yaponiyanın Nikkei 225 indeksi 0,4% itirərək 33550,17 bənd təşkil edib.