Neft ucuzlaşır, Brent bir barel üçün $79,50 təşkil edir

09:25 - 28.12.2023


28 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötən gün düşdükdən sonra cümə axşamı keçirilən hərracda azalmağa davam edir.

London ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti saat 09:21-də $0,04 (0,05%) - bir barel üçün $79,50-a düşdü. Dekabrın 27-də Brent markalı neftin mart fyuçersləri $1,31 (1,62%) ucuzlaşaraq bir barel üçün $79,54-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral fyuçerslərinin qiyməti saat 09:21-ə $0,11 (0,15%) azalaraq bir barel üçün $74,00-a düşüb. Dekabrın 27-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçerslərinin qiyməti $1,46 (1,93%) azalaraq bir barel üçün $74,11-a düşüb.