10:16 - 27.12.2023
27 dekabr, Fineko/abc.az. Rusiya bu il Avropaya neft və neft məhsullarının ən çox 4-5%-ni ixrac edəcək, halbuki əvvəllər bu rəqəm 40-45% təşkil edirdi.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Aleksandr Novak bildirib.
O, həmçinin qeyd edib ki, Çinin 2023-cü ildə Rusiya Federasiyasından neft və neft məhsullarının ixracında payı 50%, Hindistanın isə 40% təşkil edir.