15:57 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. “Ural Airlines” aviaşirkəti Azərbaycana uçuşların başlanmasını elan edib.
ABC.AZ xəbər verir ki, daşıyıcının məlumatına görə, aviaşirkət yanvarın 13-dən Yekaterinburqdan Bakıya uçuşlar həyata keçirəcək. Uçuşlar həftədə üç dəfə — bazar ertəsi, cümə axşamı və şənbə günləri baş tutacaq.
Yekaterinburqun “Koltsovo” hava limanının cədvəlinə əsasən, hazırda Yekaterinburqdan Bakıya “Azerbaijan Airlines”, “Red Winds” və “İrAero” reysləri işləyir.
12 Avqust 2026