Danimarkanın “Maersk” şirkəti Qırmızı Dənizdə daşımaları davam edəcək

14:22 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Danimarkanın “Maersk” şirkəti, bölgədəki gəmilər üzərinə edilən hücumlar səbəbindən fasilədən sonra Qırmızı Dənizdə hərəkəti bərpa edəcək.

ABC.AZ xəbər verir ki, məlumata görə, bu qərar ABŞ başda olmaqla bir sıra dövlətlərin gəmilərin təhlükəsizliyini təmin etmək üçün Qırmızı dənizə qüvvə göndərməsindən sonra qəbul edilib.

“OPG (operation Prosperity Guardian, “Rifahın mühafizəsi” əməliyyatı) təşəbbüsü ilə biz gəmilərin həm şərq, həm də qərb istiqamətində Qırmızı dənizdən tranziti bərpa etməyə icazə verəcəyik”, — şirkətin bəyanatında belə deyilir.