Türkiyənin “Karsan” şirkəti Yaponiyada sağ tərəfli E-JEST avtomobillərini təqdim edib

11:37 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Avropanın elektrik və avtonom ictimai nəqliyyatında aparıcı rol oynayan Türkiyənin “Karsan” şirkəti Yaponiyada iştirakını gücləndirir.

ABC.AZ xəbər verir ki, 2023-cü ilin aprelində “Altech” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlandıqdan sonra Yaponiya bazarına daxil olan “Karsan”, Yaponiyada E-JEST modelini təqdim edib.

“Karsan” Yaponiyada ilk Avropa elektrikli avtobus markası oldu.

“Karsan”ın yüksək sürətlə böyüməyə davam etdiyini söyləyən “Karsan”ın baş direktoru Okan Baş deyib: “Adı avtomobil konsepsiyası ilə əlaqəli bir ölkədə türk markası olmaqdan çox qürur duyuruq və xoşbəxtik”.

Yaponiyada təqdim olunan E-JESTI modelinin “Karsan”ın ilk sağ tərəfli avtomobili olduğunu vurğulayan Okan Baş, qeyd edib: “Model, Fransadan Rumıniyaya, İtaliyadan Portuqaliyaya, Lüksemburqdan İspaniyaya qədər Avropada istifadə olunur. Bu ilin sonuna qədər 22 ölkədə elektromobil sayının minə çatacağını gözləyirik”.