Xarici səhmdarlar “Arktik SPQ-2” layihəsində iştirakını dondurdular

10:37 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. “Arktik SPQ-2” layihəsinin xarici səhmdarları — Fransanın “TotalEnergies”, Çinin “CNPC” və “CNOOC” şirkətləri və Yaponiyanın “Mitsui” və “JOGMECS” konsorsiumu — layihədə iştirak üzrə fors-major elan ediblər.

ABC.AZ xəbər verir ki,  bu, “Arktik SPQ-2”nin LNG ixracı üçün uzunmüddətli müqavilələrini itirməsinə və “Novatek”in layihəni müstəqil maliyyələşdirməsinə səbəb ola bilər. Daha öncə qeyd edilmişdir ki, Çin və Yaponiya şirkətləri ABŞ səlahiyyətlilərindən LNG tədarükünün sanksiyalardan çıxarılması imkanlarını xahiş etmişdi. Hələ ki “Arktik SPQ-2” qazı spot bazarda satmağa məcbur olacaq. Bu zaman, LNG ixracı üçün buz sinifli tankerlərinin olması məsələsi ortaya çıxır. Məlumata görə, “Zvezda” gəmiqayırma zavodu yenidən onların tədarükünü təxirə sala bilər, lakin ehtimal var ki, 2024-cü il ərzində xarici gəmiqayırma zavodlarından tankerlərin alınsın.