14:49 - 22.12.2023
22 dekabr, Fineko/abc.az. Çin Dövlət Neft və qaz şirkətləri China National Petroleum Corp (CNPC) və Cnooc Ltd. ABŞ-dan Rusiyanın yeni mayeləşdirilmiş təbii qaz ixrac zavoduna (LNG) qarşı sanksiyaların qaldırılmasını xahiş etməyə hazırlaşırlar.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat verib. Bu yolla Çində yanacaq tədarükündə fasilələrin qarşısını almağa çalışırlar.
Agentliyin yazdığına görə, Çin gəmiləri “Novatek” şirkətinin "Arktik SPQ-2" şirkətindən yanacaq nəql edərsə, ABŞ sanksiyalarına məruz qala bilər.
“Cnooc” və “CNPC”, o cümlədən ABŞ-dan LNG alır və Amerika layihələrindən tədarükü pozmaq istəmirlər.