Neft bahalaşır, Brent bir barel üçün $80,07 təşkil edir

09:10 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti saat 09: 05 – ə qədər $0,68 (0,86%) - bir barel üçün $80,07-a düşdü. Dekabrın 21 - də Brent markalı neftin  fevral  fyuçersləri $0,31 (0,39%) ucuzlaşaraq bir barel üçün $79,39-a çatıb.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin fevral ayı üçün fyuçersləri saat 09:05 – ə qədər $0,61 (0,83%) artaraq bir barel üçün $74,50-a çatdı. Dekabrın 21 – də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral ayının fyuçerslərinin qiyməti $0,33 (0,44%) azalaraq bir barel üçün $73,89-a düşüb.