Hollandiyanın “Dow Europe Holding”i Rusiyanın törəmə şirkətini satır

16:18 - 21.12.2023


21 dekabr, Fineko/abc.az. Hollandiyanın “Dow Europe Holding B.V.” şirkəti ona məxsus “FİNNDİSP” şirkətinin 100%-nin satışına icazə alıb. 

ABC.AZ xəbər verir ki, “Dow” - qablaşdırma, nəqliyyat və istehlak mallarının seqmentləri üçün materiallar - plastiklər, sənaye üçün ara məhsullar, örtüklər və silikonlar istehsal edən beynəlxalq şirkətdir. “Dow” 31 ölkədə 106 istehsal sahəsini idarə edir.

“FİNNDİSP" MMC şirkəti bu gün müxtəlif sahələrdə istifadə olunan polimer dispersiyalarının tədarükçüsüdür. Şirkət qablaşdırma üçün yapışqan lentdən tutmuş memarlıq və sənaye obyektləri üçün örtüklərə qədər, həmçinin su əsaslı astarlarda və yapışdırıcılarda birləşdirici kimi məhsulları tədarük edir”, — deyə “Dow” saytında bildirilir.